Aİ nümayəndəliyinin rəhbəri Azərbaycandakı diplomatik missiyasını başa vurur

Aİ nümayəndəliyinin rəhbəri Azərbaycandakı diplomatik missiyasını başa vurur Malena Mard yeni iş yerinə aydınlıq gətirməyib
Xarici siyasət
7 Aprel , 2017 10:31
Aİ nümayəndəliyinin rəhbəri Azərbaycandakı diplomatik missiyasını başa vurur

Bakı. 7 aprel. REPORT.AZ/ Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Azərbaycandakı diplomatik missiyasını başa vurur.

"Report" xəbər verir ki, o, bu vəzifədə hələ bir neçə ay da işləyəcək.

Ancaq o, bu vəzifədə onu əvəzləyəcək şəxsin kimliyini və özünün yeni iş yerini açıqlamayıb, sadəcə, hazırda bununla bağlı Aİ-də iş getdiyini bildirib.

"Azərbaycanda olmağımdan məmnunam. Elə işləməyə çalışacağam ki, Azərbaycanla bağlı olum", - M.Mard vurğulayıb.

Son xəbərlər

Orphus sistemi