Aİ-nin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti Bakıya gələcək

Aİ-nin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti Bakıya gələcək Nümayəndə heyəti Bakıda "Tərəfdaşlıq prioritetləri" üzrə eskiz layihəsini təqdim edəcək
Xarici siyasət
27 Yanvar , 2017 17:49
Aİ-nin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti Bakıya gələcək

Bakı. 27 yanvar. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti yanvarın 30-da Bakıya gələcək.

"Report" xəbər verir ki, bunu Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan paytaxtına Avropa Komissiyasının qonşuluq və genişlənmə siyasəti departamentinin baş direktoru Kristian Danelson və Avropa Xarici Siyasət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə icraçı direktoru Tomas Mayer-Haçinq gələcək.

D.Şubel Bakıda "Tərəfdaşlıq prioritetləri" üzrə eskiz layihəsini təqdim edəcəklərini bildirib. O, layihənin 2015-ci ilin noyabrında dərc edilən Avropa Qonşuluq Siyasəti icmalı əsasında tərtib olunduğunu söyləyib.

D.Şubel vurğulayıb ki, bu cür sənəd Avropa İttifaqı ilə assosiativ razılaşma olmayan ölkələr üçün tərtib edilir: "Sənəd növbəti üç il ərzində Aİ-nin Azərbaycan ilə əməkdaşlığının prioritetlərini əhatə edir və ora Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bir sıra məsələlər daxildir."

Son xəbərlər

Orphus sistemi