Aİ-nin ali nümayəndəsi Azərbaycan Prezidentinə məktub göndərib

Aİ-nin ali nümayəndəsi Azərbaycan Prezidentinə məktub göndərib Federika Mogerini "Günəşli" yatağında baş verən qəzada həyatını itirənlərin ailələri və yaxınlarına başsağlığı verib
Xarici siyasət
8 Dekabr , 2015 15:17
Aİ-nin ali nümayəndəsi Azərbaycan Prezidentinə məktub göndərib

Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

"Report" Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda F.Mogerini baş verənlərlə bağlı başsağlığı verib: "Mogerini Aİ adından qəzada həyatını itirənlərin ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verib, itkin düşənlərin taleyinə görə narahatlığını bildirib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb".

Son xəbərlər

Orphus sistemi