​Aİ-də "Şərq tərəfdaşlığı" ölkələrində qurumun siyasətini işıqlandırmaq məqsədilə qrup yaradılıb

​Aİ-də "Şərq tərəfdaşlığı" ölkələrində qurumun siyasətini işıqlandırmaq məqsədilə qrup yaradılıb Qrupun tərkibinə Aİ qurumlarında çalışan 10 əməkdaş və üzv ölkələrdən ekspertlər daxildir
Xarici siyasət
2 Sentyabr , 2015 16:23
​Aİ-də Şərq tərəfdaşlığı ölkələrində qurumun siyasətini işıqlandırmaq məqsədilə qrup yaradılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Aİ "Şərq tərəfdaşlığı" ölkələrində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) qurumun siyasətinin obyektiv işıqlandırılması və məlumatların təhrif olunmadan düzgün çatdırılması məqsədilə fəaliyyətə başlayıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidməti məlumat verib.

Mart ayında keçirilən Aİ sammitinin yekunlarına uyğun olaraq ittifaqın Xarici Siyasət Xidməti çərçivəsində "Şərq tərəfdaşlığı" ölkələrində Aİ siyasətinin işıqlandırılması üçün strateji kommunikasiya işçi qrupu yaradılıb. Komanda bu aydan etibarən tam fəaliyyətə başlayacaq", - xidmətdən bildirilib.

Qrupun tərkibinə Aİ qurumlarında çalışan 10 əməkdaş və üzv ölkələrdən ekspertlər daxildir.

"İşçi qrupu kütləvi informasiya vasitələrinin monitorinqini həyata keçirəcək və regionda Avropa İttifaqının siyasətinin obyektiv və aydın şəkildə çatdırılmasına yönəlmiş rabitə vasitələri, həmçinin kampaniyaların inkişafı üzrə işlər görəcək", - qurumdan deyilib.

Son xəbərlər

Orphus sistemi