Yuxarı

AİDA Çadda 1011 şəxsi ödənişsiz əsasda göz əməliyyatı edib

AİDA Çadda 1011 şəxsi ödənişsiz əsasda göz əməliyyatı edib

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Çadda 1011 şəxsi ödənişsiz əsasda göz əməliyyatı edib. 

XİN-dən "Report"a verilən məlumata görə, cari il noyabrın 25-dən dekabrın 5-dək Çadın paytaxtı Ncamena şəhərində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və İslam İnkişaf Bankının (İİB) 2012-ci ildən etibarən Afrika ölkələrində birgə həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyəti ilə mübarizə kampaniyası” (AFAB) çərçivəsində görmə qabiliyyətinin bərpası üzrə əməliyyatların növbəti aksiya təşkil olunub.

Kampaniyanın açılış mərasimində Çadın səhiyyə naziri Əziz Məhəmməd Saleh çıxış edərək ölkəsinin inkişafına, xüsusilə görmə qabiliyyətinin bərpası ilə əlaqədar həyata keçirilmiş layihələrə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası, İslam İnkişaf Bankı, İnkişaf naminə İslam Həmrəylik Fondu, Tunisin Nadi əl-Bassar təşkilatı və “Biq hart” Fonduna dərin minnətdarlığını bildirib.

Həmin tarixdə Çadda keçirilmiş kampaniya çərçivəsində 1011 şəxs ödənişsiz əsasda göz əməliyyatı olunub, 7200 xəstə isə müayinədən keçirilib. Sözügedən kampaniya Çadın yerli mətbuatda ətraflı işıqlandırılıb.

Qeyd edək ki, 2012-ci ildən AİDA və İİB-nin strateji tərəfdaşlığı çərçivəsində Afrika qitəsində keçirilmiş kampaniyalar zamanı 300 mindən çox şəxs müayinə olunub, 56 mindən çox insan isə əməliyyat olunaraq öz sağlamlığına qovuşub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi