Avropa İttifaqı Azərbaycanda məhbusların əfv olunmasını müsbət qiymətləndirib

Avropa İttifaqı Azərbaycanda məhbusların əfv olunmasını müsbət qiymətləndirib Avropa İttifaqı (Aİ) Prezident İlham Əliyevin Novruz bayramı münasibəti ilə imzaladığı sərəncamı müsbət qiymətləndirib.
Xarici siyasət
18 Mart , 2019 00:01
Avropa İttifaqı Azərbaycanda məhbusların əfv olunmasını müsbət qiymətləndirib

Avropa İttifaqı (Aİ) Prezident İlham Əliyevin Novruz bayramı münasibəti ilə imzaladığı sərəncamı müsbət qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Aİ gələcəkdə də Azərbaycandan bu kimi addımlar gözləyir:

"Avropa İttifaqı Azərbaycanla ikitərəfli münasibətlərin mühüm elementi olan insan haqları sahəsi də daxil olmaqla, əməkdaşlığın genişləndirilməsi işində qarşılıqlı fəaliyyəti davam etdirəcək".

Son xəbərlər

Orphus sistemi