Aİ-Azərbaycan alt komitələrinin iclası bu həftə Bakıda keçiriləcək

Aİ-Azərbaycan alt komitələrinin iclası bu həftə Bakıda keçiriləcək İclaslar zamanı tərəflər arasında müvafiq sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq
Xarici siyasət
11 Oktyabr , 2016 10:06
Aİ-Azərbaycan alt komitələrinin iclası bu həftə Bakıda keçiriləcək

Bakı. 11 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı-Azərbaycan alt komitələrinin iclasları bu həftə Bakıda keçiriləcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu həftə üç alt komitənin iclası baş tutacaq.

Belə ki, oktyabrın 12-də ədliyyə, azadlıq, təhlükəsizlik üzrə alt komitənin, oktyabrın 13-də insan hüquqları üzrə alt komitənin, oktyabrın 14-də isə insanlar arasında əlaqə alt komitəsinin iclası keçiriləcək.

Aİ-Azərbaycan alt komitələrin iclasları zamanı tərəflər arasında müvafiq sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi