Yuxarı

ADA və Gürcüstanın Diplomatik Təhsil və Araşdırma İnstitutu arasında memorandum imzalanıb

ADA və Gürcüstanın Diplomatik Təhsil və Araşdırma İnstitutu arasında memorandum imzalanıb
Azərbaycan və Gürcüstanın diplomatik ali məktəbləri əməkdaşlıq edəcək

Azərbaycan Diplomatik Akademiyası (ADA) və Gürcüstanın Xarici İşlər Nazirliyinin Levan Mikeladze adına Diplomatik Təhsil və Araşdırma İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Sənədi ADA Universitetinin rektoru Hafiz Paşayev və Gürcüstan XİN-nin nəzdindəki ali məktəbin direktoru Tinatin Breqvadze imzalayıblar.

Memorandumun imzalanması mərasimi Bakıda keçirilən GUAM ölkələrinin diplomatik akademiya və elmi mərkəz rəhbərlərinin görüşü çərçivəsində baş tutub. Toplantıda tərəflər GUAM-a üzv ölkələrin diplomatik akademiya və elmi mərkəzləri arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi