Yuxarı

ABŞ senatorları Azərbaycanın Müstəqillik Günü münasibətilə azərbaycanlıları təbrik ediblər

ABŞ-ın İllinoys ştatından olan senatorlar Temmi Dakuort və Riçard Durbin

Bakı. 17 oktyabr. REPORT.AZ/ ABŞ-ın İllinoys ştatından olan senatorlar Temmi Dakuort və Riçard Durbin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 27-ci ildönümü münasibətilə İllinoys Azərbaycan icmasının üzvlərinə təbrik məktubları göndəriblər.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubları ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan mərkəzinə ünvanlanıb.

Məktublarda vurğulanıb ki, bu təşkilatın fəaliyyəti, onun həyata keçirdiyi təhsil və xeyriyyə tədbirləri Çikaqonun ictimai həyatını zənginləşdirir. Təşkilatın üzvləri Amerika gənclərini Azərbaycan xalqının tarixi ilə, bu xalqa xas olan dəyərlərlə tanış edirlər.

Məktublarda qeyd olunub ki, bütün dünyadakı 50 milyondan çox azərbaycanlı, o cümlədən ABŞ-dakı 400 minlik Azərbaycan icması müstəqil Azərbaycanı quranların bu işə töhfəsini xatırlayırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi