Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi "“Günəşli" yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı bəynatı yayıb. "Report"un xəbərinə görə, səfirliyin açıqlamasında deyilir: "Biz SOCAR-ın Xəzər dənizindəki neft platformasında baş vermiş ölümcül yanğın hadisəsi barəsində aldığımız məlumatın kədərini yaşayırıq. Biz hadisənin təsirinə məruz qalmış işçilərə və onların ailələrinə başsağlığı və səbr diləyirik".
ABŞ səfirliyi: Neft platformasında baş vermiş ölümcül yanğın hadisəsi barəsində aldığımız məlumatın kədərini yaşayırıq
Xarici siyasət
6 Dekabr , 2015
22:17
https://static.report.az/photo/ba34a420-103b-4340-b439-332e8666489a.jpg