ABŞ səfirliyi Azərbaycanda müsahibəsiz güzəştli viza proqramı həyata keçirməyə başlayıb

ABŞ səfirliyi Azərbaycanda müsahibəsiz güzəştli viza proqramı həyata keçirməyə başlayıb Bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq
Xarici siyasət
25 Noyabr , 2016 13:29
ABŞ səfirliyi Azərbaycanda müsahibəsiz güzəştli viza proqramı həyata keçirməyə başlayıb

Bakı. 25 noyabr. REPORT.AZ/ ABŞ səfirliyi konsulluq şöbəsinin davam etdiyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi və viza prosesinin sürətləndirməsi sahəsində göstərdiyi səylərinin bir hissəsi olaraq ABŞ vizalarını yeniləmək üçün müəyyən təcrübəli ərizəçilər üçün Azərbaycanda Müsahibəsiz Güzəştli Viza Proqramını həyata keçirilir.

Səfirlikdən "Report"a verilən məlumata görə, hazırda bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq.

Məlumata görə, təcrübəsi olan ərizəçilər yalnız viza üçün ərizə formasını doldurmalı, DS-160 tamamlanmış ərizə formasının sürətini çıxartmalı, viza rüsümunu ödəyib, vacib olan sənədlərin hamısını Visa Document Courier Services (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər. 1 yanvar 2008-ci il tarixinə kimi viza alan şəxslər səfirliyə gəlib öz barmaq izlərini verməlidirlər: "Konsul ərizə paketini nəzərdən keçirəndən sonra qərar qəbul edəcək. Konsulun əlavə sualları olmadan viza 5 gün ərzində götürmək üçün hazır ola bilər. Əgər konsulun ərizə ilə bağlı hər-hansı sualı olsa ərizəçi ilə əlaqə saxlanılıb səfirlikdə müsahibə təşkil olunacaq.

ABŞ-n Bakıdakı səfirliyi Müsahibəsiz Güzəştli Viza Proqramıhəyata keçirməklə ABŞ vizasını təzələmək istəyən Azərbaycan vətəndaşlarının viza ərizə prosesini daha tez və rahat şəkildə keçirilməsinə çalışıır.

Onlayn şəkildə viza ilə bağlı görüş planlaşdırarkən Müsahibəsiz Güzəştli Viza Proqramında iştirak etmək məqsədi ilə təcrübəni araşdırmaq üçün bir sıra suallara cavab verilməlidir". 

Son xəbərlər

Orphus sistemi