Yuxarı

Səfir: "ABŞ və Azərbaycan xalqları arasında təmasları daha da artırmaq niyyətindəyik"

ABŞ səfiri: Xalqlarımız arasındakı təmasları daha da artırmaq niyyətin

“ABŞ ilə Azərbaycan arasında bir sıra sahələrdə artıq yaxın olan münasibətləri daha da inkişaf etdirmək niyyətindəyəm”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib.

“Əməkdaşlığımız üçün bütün sahələr mühümdür. Hərçənd humanitar, mədəni mübadilə məsələsini xüsusi qeyd etmək istərdim. Ölkələrimiz, xalqlarımız arasındakı təmasları bundan sonra da artırmaq niyyətindəyəm”, - diplomat deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi