Yuxarı

ABŞ səfiri: "Vaşinqton Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün güclü siyasi iradəyə malikdir"

​ABŞ səfiri: Vaşinqton Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyir

"Hesab edirəm ki, Vaşinqton Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün güclü siyasi iradəyə malikdir. Nazirlərlə, eləcə də Prezident İlham Əliyevlə bütün görüşlərim Azərbaycanın da bu münasibətlərin inkişafına meyilli olduğunu göstərir".

Bunu "Report"a ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer deyib.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ-ın əlaqələri bütün sahələrdə inkişaf etdirmək, ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq üçün imkanı var.

Səfir ABŞ-ın Azərbaycandakı səfirliyinin rəhbəri kimi fəaliyyətinin prioritetlərini də açıqlayıb: "Səfir olaraq, prioritetim təhlükəsizlik sahəsində sıx əməkdaşlığımızı davam etdirmək, energetika sektorundan əlavə, iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirmək, Azərbaycana kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları kimi sahələrdə iqtisadiyyatını diversifikasiya etməyə yardım etməkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi