ABŞ səfiri Hicran Hüseynova ilə görüşüb

ABŞ səfiri Hicran Hüseynova ilə görüşüb Birləşmiş Ştatlar 2011-ci ildən indiyədək Azərbaycanda qadın məsələlərinin həlli üçün 5 milyon dollar ayırıb
Xarici siyasət
1 Sentyabr , 2015 17:27
ABŞ səfiri Hicran Hüseynova ilə görüşüb

Bakı. 1 sentyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb.

"Report"un xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Görüşdə səfir ABŞ-ın dünyada və Azərbaycanda qadınların biznesdə, siyasətdə, ictimayyətdə rolunun gücləndirilməsi səylərindən danışıb.

O, həmçinin ABŞ və Azərbaycanın qadın və uşaqlara qarşı yönələn zorakılığın azaldılması sahəsində birgə tədbirlərin görülməsinin vacib olduğunu deyib.

Robert Sekuta ABŞ-ın 2011-ci ildən bəri Azərbaycanda qadın məsələlərinin həllinə yönəldilməsi məqsədilə 5 milyon dollar vəsait ayırdığını bildirib.

Son xəbərlər

Orphus sistemi