Örl Litzenberqer: "ABŞ Azərbaycanı dövlət müstəqilliyini bərpa etdiyi gündən dəstəkləyir"

Örl Litzenberqer: "ABŞ Azərbaycanı dövlət müstəqilliyini bərpa etdiyi gündən dəstəkləyir" ABŞ həmişə Azərbaycanın yanında olub və indi də yanındadır.
Xarici siyasət
5 İyul , 2019 21:01
Örl Litzenberqer: ABŞ Azərbaycanı dövlət müstəqilliyini bərpa etdiyi gündən dəstəkləyir

ABŞ həmişə Azərbaycanın yanında olub və indi də yanındadır.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib.

“ABŞ Azərbaycanı dövlət müstəqilliyini bərpa etdiyi gündən dəstəkləyib. 25 ildən artıqdır Azərbaycanı dəstəkləyirik. Bu gün də Azərbaycanın bütün dünyada rolunun artdığı bir vaxtda ABŞ Azərbaycanın yanındadır. ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir”, - deyən diplomat iki ölkə arasındakı münasibətlərin parlaq gələcəyə malik olduğunu dilə gətirib.

Son xəbərlər

Orphus sistemi