ABŞ səfiri: "Azərbaycan xalqı daim nəsə öyrənməyə maraqlıdır"

ABŞ səfiri: "Azərbaycan xalqı daim nəsə öyrənməyə maraqlıdır" "Əsas vəzifəm iki ölkə arasındakı zəif sahələri müəyyən edərək daha da inkişaf etdirilməsinə kömək etməkdir"
Xarici siyasət
2 Fevral , 2018 15:19
ABŞ səfiri: Azərbaycan xalqı daim nəsə öyrənməyə maraqlıdır
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta / Report/ Orkhan Azim

Bakı. 2 fevral. REPORT.AZ/ "Azərbaycan xalqı daim nəsə öyrənməyə maraqlıdır".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İllik Gənclər Forumunda çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, Azərbaycanda gənclərin nəyisə yaratmaq arzusu müşahidə edilir: "Bir çox gənc ingilis dilini öyrənməkdə maraqlıdır. Formula 1 oyunları ərzində könüllülərin əldə etdiyi səriştələr onların yolunda yeni imkanlar açacaq".

"ABŞ təmsilçisi olaraq əsas vəzifəm iki ölkə arasındakı zəif sahələri müəyyən edərək daha da inkişaf etdirilməsinə kömək etməkdir", - deyə səfir əlavə edib.

Son xəbərlər

Orphus sistemi