​ABŞ: Rusiya "Şərq Tərəfdaşlığı" ölkələrinə təzyiq göstərir

​ABŞ: Rusiya "Şərq Tərəfdaşlığı" ölkələrinə təzyiq göstərir Birləşmiş Ştatlar sözügedən ölkələrdə iqtisadi və sosial təşəbbüsləri dəstəkləməyə hazırlaşır
Xarici siyasət
23 May , 2015 03:14
​ABŞ: Rusiya Şərq Tərəfdaşlığı ölkələrinə təzyiq göstərir

Bakı. 23 may. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bildirib ki, Rusiya "Şərq Tərəfdaşlığı" ölkələrinə təzyiq göstərir.

"Report" RİA "Novosti"ə istinadən xəbər verir ki, Harfın sözlərinə görə, ABŞ sözügedən ölkələrdə iqtisadi və sosial təşəbbüsləri dəstəkləməyə hazırlaşır.

"Bu, bütün regionda dezinformasiyanın və Rusiya tərəfindən təzyiqin artdığı bir zamanda xüsusilə vacibdir", - deyə o əlavə edib.

Bundan əvvəl "Şərq Tərəfdaşlığı" sammitinin Rusiyadan yan keçən qaz kəmərinin yaradılması təklifini dəstəklədiyi məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi