ABŞ Müdafiə naziri: İraqdan daha ciddi addımlar gözləyirik

ABŞ Müdafiə naziri: İraqdan daha ciddi addımlar gözləyirik Eşton Karter İslam Dövlətinə qarşı strategiyanın müzakirə edildiyi dinləmədə çıxış edib
Xarici siyasət
18 İyun , 2015 01:47
ABŞ Müdafiə naziri: İraqdan daha ciddi addımlar gözləyirik

Bakı. 18 İyun. REPORT.AZ/ ABŞ Müdafiə naziri Eşton Karter İraq hökumətini İslam Dövləti qruplaşmasına qarşı daha ciddi mübarizə aparmağa çağırıb.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Karter, İraq ərazilərinin böyük hissəsini ələ keçirmiş qrupa qarşı döyüşmək üçün rəsmi Bağdadın quruda kifayət qədər qərbi qüvvə toplamadığını deyib.

Konqresdə İslam Dövləti qruplaşmasına qarşı strategiyanın müzakirə edildiyi dinləmədə danışan Eşton bildirib ki, terrorçulara qarşı təsirli mübarizə aparmaq üçün “ərazini ələ keçirə biləcək qabiliyyətli və çevik qüvvəyə” ehtiyac var.

Karter keçən ay Ənbər vilayətinin paytaxtı Ramadi şəhərinin İslam Dövləti qruplaşması tərəfindən ələ keçirilməsini böyük uğursuzluq kimi dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi