ABŞ Konqresinin üzvü: "Azərbaycanla münasibətlərə xüsusi önəm veririk"

ABŞ Konqresinin üzvü: "Azərbaycanla münasibətlərə xüsusi önəm veririk" Bakı. 3 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.
Xarici siyasət
3 May , 2018 17:50
ABŞ Konqresinin üzvü: Azərbaycanla münasibətlərə xüsusi önəm veririk
mfa.gov.az

Bakı. 3 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və ikitərəfli platformada əməkdaşlığın daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov qonaqlara Azərbaycanın xarici siyasət proritetləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılmış və gündəmdə olan genişmiqyaslı enerji layihələri, qeyri-neft sektorunun inkişafı istiqamətləri barəsində məlumat verib.

Regionda sabitlik və təhlükəsizlik üçün başlıca təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışan E.Məmmədyarov beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə cəhdlərin yolverilməz olduğunu bildirib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin də tələb etdiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının labüdlüyünü və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Robert Qutlat ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini bildirib və əməkdaşlığın müxtəlif sahələri üzrə əldə edilmiş uğurların yeni perspektivlər vəd etdiyini əlavə edib.

Görüşdə həmçinin beynəlxalq və regional gündəliyin müxtəlif məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi