Yuxarı

ABŞ-ın Yuta ştatının Senatı Azərbaycanın Respublika Günü ilə əlaqədar bəyannamə qəbul edib

Bəyannamədə 1918-ci ildə Azərbaycan Respublikasının təsis edildiyi bildirilərək, müstəqillik yolunda tarixi addımların atıldığı qeyd olunur

Bakı. 29 may. REPORT.AZ/ ABŞ-ın Yuta ştatının senatoru Cin Deyvisin təşəbbüsü ilə Yuta ştatının Senatı Azərbaycanın Respublika Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, bəyannamədə 1918-ci ildə Azərbaycan Respublikasının təsis edildiyi bildirilərək, müstəqillik yolunda tarixi addımların atıldığı qeyd olunub.

Vurğulanıb ki, Azərbaycanda mövcud olan milli-mədəni və dini müxtəliflik sülh və əmin-amanlıq içərisində yaşamaq istəyən bütün xalqlar üçün nümunə təşkil edir. Həmçinin, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi, bu müddət ərzində ABŞ ilə yaxın əməkdaşlıq münasibətləri qurduğu bildirilib.

Sənədin sonunda Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi