Yuxarı
    Bağlamaq

    ABŞ-ın dövlət katibi və müdafiə naziri Azərbaycana səfərlə bağlı dəvəti qəbul ediblər - YENİLƏNİB

    Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovun ABŞ-dan olan həmkarları ilə görüş barədə məlumat yayıb. 

    "Report"un məlumatına görə, bildirilib ki, iyulun 12-də NATO-nun Brüsseldə keçirilən zirvə toplantısı çərçivəsində E.Məmmədyarov və Z.Həsənov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattis ilə görüşüblər.

    Görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak edib.

    Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Nazir Elmar Məmmədyarov NATO-nun Brüssel sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təkrar ifadə olunan dəstəyin vacibliyini diqqətə çatdırıb.

    Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfi NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

    Nazir Elmar Məmmədyarov həmkarına 11 iyul tarixində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Ermənistan xarici işlər naziri ilə görüşü barədə məlumat verib.

    Xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-dan olan həmkarlarını Azərbaycana səfərə dəvət ediblər və onlar dəvəti məmnuniyyətlə qəbul ediblər. 


    *** 16:02

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov iyulun 12-də Brüsseldə ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattislə görüşüblər.

    "Report"un xəbərinə görə, bu barədə Azərtac məlumat yayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi