Yuxarı

ABŞ-ın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

ABŞ-ın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
Səfirlikdə bayraq üç gün ərzində endirilmiş vəziyyətdə qalacaq

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi Texas ştatındakı baptist kilsəsində atışma nəticəsində həlak olanların xatirəsini anmaq məqsədi ilə dövlət bayrağını endirib.

Bu barədə "Report"a ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, səfirlikdə bayraq üç gün ərzində endirilmiş vəziyyətdə qalacaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp faciə ilə əlaqədar ölkə ərazisindəki dövlət binalarında, eləcə də ölkə xaricindəki ABŞ-ın bütün diplomatik missiyalarında bayraqların endirilməsinə dair sərəncam verib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-ın Sazerlend-Sprinqs şəhərində baptist kilsəsi yaxınlığında kişi yoldan keçənləri atəşə tutub, 26 nəfər həlak olub, təqribən 20 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi