ABŞ-ın Azərbaycandakı səfiri Vaşinqtonda ABŞ-ın diplomatik missiyalarının rəhbərlərinin konfransında iştirak edib

ABŞ-ın Azərbaycandakı səfiri Vaşinqtonda ABŞ-ın diplomatik missiyalarının rəhbərlərinin konfransında iştirak edib ABŞ səfirləri qarşısında prezident Barak Obama, vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri çıxış edib
Xarici siyasət
16 Mart , 2016 10:16
ABŞ-ın Azərbaycandakı səfiri Vaşinqtonda ABŞ-ın diplomatik missiyalarının rəhbərlərinin konfransında iştirak edib

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Vaşinqtonda ABŞ-ın xarici ölkələrdəki diplomatik missiyalarının rəhbərlərinin konfransında iştirak edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, ABŞ səfirləri qarşısında prezident Barak Obama, vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri çıxış edib. Onlar Amerika diplomatiyasının əhəmiyyətini vurğulayaraq xidmətlərinə görə səfirlərə təşəkkür ediblər.

"Diplomatiyaya sadiqliyimizi, həllolunmaz kimi görünən münaqişələrin həlli üçün göstərdiyimiz səyləri tənqid edənlər də var. Amma həqiqət ondan ibarətdir ki, münaqişələr və müharibələr öz-özünə bitmir. Razılaşmalar öz-özünə əldə olunmur. Bütün bunlar diplomatiya yoluyla əldə edilir", - deyə Obama konfransda çıxışı zamanı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi