ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda səfərdədir

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda səfərdədir Alisiya Ellison Bakıya tanışlıq səfəri edib
Xarici siyasət
29 Sentyabr , 2017 12:57
ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda səfərdədir

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə bürosunun Qafqazla əlaqələr və regional münaqişələr şöbəsinin yeni direktoru Alisiya Ellison Azərbaycana səfərə gəlib.

"Report" ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, onun səfəri tanışlıq məqsədi daşıyır.

O, Azərbaycan haqqında geniş məlumat əldə etmək üçün Bakıda bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, A.Ellison daha əvvəl ABŞ Dövlət Departamentinin Xarici Xidmət İnstitutunda siyasi təlim  üzrə direktor vəzifəsində çalışıb, ABŞ-ın Rusiyadakı səfirliyinin siyasət şöbəsində xarici əlaqələr bölməsinin rəhbəri, Cənubi Kiprdəki səfirliyin siyasət şöbəsinin rəhbəri, Vaşinqtonda Dövlət Departamentinin İcra Katibliyində əməkdaş olub. 

Son xəbərlər

Orphus sistemi