Yuxarı

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda səfərdədir

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda səfərdədir
Brayan Makfiters Bakıda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ ABŞ dövlət katibi köməkçisinin iqtisadiyyat və biznes məsələləri üzrə baş müavini Brayan Makfiters Azərbaycana gəlib.

"Report" xəbər verir ki, B.Makfiters "Azərbaycan Rəqabətlilik Forumu 2018"də iştirak etmək üçün Bakıya təşrif buyurub.

ABŞ dövlət katibi köməkçisinin müavininin səfəri zamanı bir sıra görüşlər keçirəcəyi gözlənilir. Görüşlər zamanı Azərbaycanla ABŞ arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi