ABŞ Dövlət Departamenti Azərbaycan Ali Məhkəməsinin Xədicə İsmayılla bağlı qərarını alqışlayıb

ABŞ Dövlət Departamenti Azərbaycan Ali Məhkəməsinin Xədicə İsmayılla bağlı qərarını alqışlayıb ABŞ hökuməti X.İsmayılın həbsdən azad edilməsini müsbət addım kimi dəyərləndirir
Xarici siyasət
26 May , 2016 09:51
ABŞ Dövlət Departamenti Azərbaycan Ali Məhkəməsinin Xədicə İsmayılla bağlı qərarını alqışlayıb

Bakı. 26 may. REPORT.AZ/ ABŞ hökuməti Azərbaycan Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılla bağlı qərarını alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilib.

"Biz bunu müsbət addım kimi dəyərləndiririk", - bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün Ali Məhkəmədə Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib.

Belə ki, X.İsmayıla Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri üzrə bəraət, 213.1 və 192.2.2-ci maddələri ilə 3 il 6 ay şərti həbs cəzası verilib.

Xatırladaq ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib.

Son xəbərlər

Orphus sistemi