Yuxarı
    Bağlamaq

    ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına "Harvi" qasırğasının təsirinə məruz qalan regionlara getməmək tövsiyə olunub

    Azərbaycanın ABŞ-dakı səfirliyində qaynar xətt yaradılıb

    Bakı. 29 avqust. REPORT.AZ/ ABŞ-ın Texas ştatında "Harvi" qasırğası ilə əlaqədar yaranmış fövqəladə vəziyyətlə bağlı Azərbaycan Respublikasınının ABŞ-dakı səfirliyində qaynar xətt yaradılıb.

    "Report" Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən xəbər verir ki, ehtiyac olacağı təqdirdə Azərbaycan vətəndaşları +12028200987 nömrəsi və ya consul@azembassy.us elektron poçtu ilə əlaqə saxlaya bilərlər.

    Həmçinin təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlara ABŞ-ın bu bölgəsinə səfər etməmələri, yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinə müraciət etmələri tövsiyyə olunub.

    Qeyd edək ki, Texas ştatını cənginə alan "Harvi" qasırğasının vurduğu zərər təqribən 30 milyard dollar civarında qiymətləndirilir. Qasırğanın səbəb olduğu daşqınlar nəticəsində 8 nəfər həlak olub, bir neçə min insan Hyuston şəhərinin rayonlarından evakuasiya edilib.

    Milli Meteorologiya Xidməti Texas ştatının cənub-şərqində yerləşən bir çox qraflıq üçün daşqın təhlükəsi elan edib. Xidmətdən verilən məlumata görə, Hyuston və Qalvestonda "fəlakətli miqyasda" daşqın baş verib.

    ABŞ Prezidenti Donald Tramp təbbi fəlakətin miqyası ilə tanış olmaq üçün Texasa səfər etmək niyyətindədir.

    Fövqəladə vəziyyət həmçinin Luizianada da elan edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi