ABŞ-da GUAM və GUAM+ formatında görüşlər keçiriləcək

ABŞ-da GUAM və GUAM+ formatında görüşlər keçiriləcək İclaslar BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq
Xarici siyasət
19 Sentyabr , 2016 00:03
ABŞ-da GUAM və GUAM+ formatında görüşlər keçiriləcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Nyu-York şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-a üzv ölkələrin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, görüş BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində keçiriləcək. Nyu-Yorkda, həmçinin GUAM+ formatında görüşlərin keçirilməsi də planlaşdırılır.

BMT Baş Assambleyasının 71-ci sessiyası sentybarın 13-də öz işinə başlayıb. Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi