Yuxarı

Ukraynada 32 yaşlı azərbaycanlı deputatlığa namizədliyini irəli sürüb

32 yaşlı azərbaycanlı Ukraynada deputatlığa namizədliyini verib

Ukraynada yaşayan 32 yaşlı azərbaycanlı deputatlığa namizədliyini irəli sürüb.

“Report”un məlumatına görə, 1987-ci il təvəllüdlü Fərhad Davud oğlu Quliyev Ukrayna Ali Radasına keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün 39 saylı birmandatlı seçki dairəsinə sənədlərini təqdim edib. 

Artıq Ukrayna Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə alıb. 

Qeyd edək ki, F.Quliyev Ukraynanın Dneproprtrovsk vilayətində anadan olub. Heç bir partiyanın üzvü deyil. O, hazırda Kiyev Şəhər Dövlət Administrasiyasında İnşaat və mənzil təminatı departamentində məhkəmə və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, Ukraynada növbədənkənar parlament seçkiləri bu il iyulun 21-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi