Yuxarı

20 Yanvar şəhidlərinin xatirəsi Belçikada yad edilib

20 Yanvar şəhidlərinin xatirəsi Belçikada yad edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Belçikanın Vaterlo şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, mərasimdə səfirliyin və ölkəmizin NATO yanında Nümayəndəliyinin əməkdaşları, həmçinin Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. “Wellington” muzeyinin sərgi salonunda təşkil olunan anım mərasimində "Qanlı Yanvar" faciəsinə həsr olunmuş sərgi nümayiş olunub.

Səfir Fuad İsgəndərov və Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə geniş məlumat veriblər. Natiqlər sovet ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra ulu öndər Heydər Əliyevin Moskvada bu amansız cinayətə öz etirazını bildirməsini xatırlatmış və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd etmiş, doğma vətənin hazırki inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Sonda mərasim iştirakçıları tərəfindən Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın Vaterlo şəhərində yerləşən abidəsi ziyarət edilərək önünə əklil qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi