20 Yanvar şəhidləri Səudiyyə Ərəbistanında anılıb

20 Yanvar şəhidləri Səudiyyə Ərəbistanında anılıb Tədbirdə xarici qonaqlar, ziyalılar, iş adamları və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər
Xarici siyasət
22 Yanvar , 2017 11:20
20 Yanvar şəhidləri Səudiyyə Ərəbistanında anılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, xarici qonaqlar, ziyalılar, iş adamları və SƏK-də yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfir Rasim Rzayev 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və Azərbaycanın azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib.

Ardınca səfirliyin əməkdaşları - I katibi Mehdi Abdullayev və III katibi İmran Sadıxov, SƏK-də yaşayan həmvətənimiz Yaşar Vəliyev və başqaları 20 Yanvar hadisələri barədə fikir və mülahizələrini bölüşüblər.

Səfirliyin II-ci katibi Elvin Xəlilli Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanatı oxuyub.

Rəsmi hissədən sonra iştirakçılar səfirlikdə yaradılmış Qanlı Yanvarın dəhşətlərini təsvir edən foromateriallarla tanış olublar.

20 Yanvar – Şəhidlərin xatirə günü ilə əlaqədar Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) bəyanatı SƏK, Bəhreyn və Oman XİN-lərinə, o cümlədən, Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına göndərilib və orada yayımlanıb.

20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində və onun internet səhifəsində səfir Rasim Rzayevin ingilis və ərəb dillərində məqaləsi dərc olunub.

Son xəbərlər

Orphus sistemi