Yuxarı

10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Noyabrın 22-də və 23-də Rusiya Federasiyasının Moskva şəhərində 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

"Report" xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin Forumda iştirak edəcəklər.

Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə keçiriləcək bu tədbirdə nəqliyyat və logistika, kənd təsərrüfatında qarşılıqlı əlaqələrin perspektivləri, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafı mövzularında müzakirələr aparılacaq.

Forumun sonunda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi