Ziyafət Əsgərov: “Mehriban Əliyevanın təyinatı Azərbaycanda sosial dövlətin daha da güclənməsinə töhfə verəcək”

Ziyafət Əsgərov: “Mehriban Əliyevanın təyinatı Azərbaycanda sosial dövlətin daha da güclənməsinə töhfə verəcək” O bildirib ki, xanım Mehriban Əliyevanı xarakterizə edən insani keyfiyyətlərindən biri humanistliyi ilə bağlıdır
Daxili siyasət
7 Mart , 2017 13:23
Ziyafət Əsgərov: “Mehriban Əliyevanın təyinatı Azərbaycanda sosial dövlətin daha da güclənməsinə töhfə verəcək”
Report.az

Bakı. 7 mart. REPORT.AZ/ “Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Xanım Mehriban Əliyevanın özünün də dediyi kimi o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaq və Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq. Tam əminliklə onu da deyə bilərəm ki, Mehriban xanım çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipal bir adamdır. Bu sahədə özünün dediyi kimi möhtərəm Prezidentimizin ən yaxın silahdaşı kimi, dövlət başçısına yardımçı olacaq”.

“Report”un xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin bu gün plenar iclasında deyib.

O bildirib ki, xanım Mehriban Əliyevanı xarakterizə edən insani keyfiyyətlərindən biri humanistliyi ilə bağlıdır: “Bu günə qədər Azərbaycanda Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir".
Vitse-spiker xatırladıb ki, 2016-cı ilin sentyabrın 26-da referendum keçirilib, Azərbaycan konstitusiyasına əlavə və dəyişikliklər edilib: “Azərbaycanda vitse-prezidentlik institutu yaradıldı. Bu idarəetmə mexanizmini təkmilləşdirəcək”.

Son xəbərlər

Orphus sistemi