Zeynal Nağdəliyev: “Prezident İlham Əliyev seçkilərlə bağlı icra hakimiyyəti orqanları qarşısında ciddi tələblər qoyub”

Zeynal Nağdəliyev: “Prezident İlham Əliyev seçkilərlə bağlı icra hakimiyyəti orqanları qarşısında ciddi tələblər qoyub” Prezidentin köməkçisi: “Seçki prosesində qanunvericiliyə əməl olunmalıdır, saxtakarlığa yol verilməməlidir”
Daxili siyasət
15 Fevral , 2018 11:31
Zeynal Nağdəliyev: “Prezident İlham Əliyev seçkilərlə bağlı icra hakimiyyəti orqanları qarşısında ciddi tələblər qoyub”
Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev / Report

Bakı. 15 fevral. REPORT.AZ/ “Azərbaycanda seçkilər keçirilən zaman işin daha keyfiyyətli olmasına çalışırıq. Beynəlxalq müşahidəçilər hər seçkinin yekun qiymətini veriblər. Burada hər bir kəsin əməyi var”.

“Report”un xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib.

O qeyd edib ki, seçkilərin keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayır: “Prezident icra hakimiyyəti orqanları qarşısında ciddi tələblər qoyub. Əvvəllər seçkilər keçirilərkən hansısa məntəqədə səsvermənin nəticələri ləğv olunurdu, müəyyən problemlər yaranırdı. Artıq bunlar keçmişdə qalıb. Seçkilərin keçirilməsi üçün əsas rol oynayan məsələ siyasi sabitlikdir. Sabitliyin əsasını xalq və xalq-iqtidar birliyi şərtləndirir. Azərbaycanda mühit dəyişib, artıq 15 il öncəki mühit deyil. Artıq inkişaf var”.

Z.Nağdəliyev bildirib ki, seçki prosesində qanunvericiliyə əməl olunmalıdır, saxtakarlığa yol verilməməlidir: “Seçki şəraitinin şəffaf keçirilməsi nəzarətdədir”.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi