Bakı. 25 aprel. REPORT.AZ/ Zərdab rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.
“Report” xəbər verir ki, bir müddət öncə vəzifəsindən azad edilən Zərdab RİH başçısının birinci müavini Allahverdi Səfərovun yerinə Rəhman Feyzullayev təyin olunub.
Rəhman Feyzullayev bunadək Zərdab RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.