Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək Qəbul Xaçmaz rayon Prokurorluğunun inzibati binasında keçiriləcək
Daxili siyasət
30 Noyabr , 2015 09:54
Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov dekabrın 4-də Xaçmaz rayon Prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xaçmaz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin -437-28-79- nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi