Zakir Qaralov vətəndaşları qəbul edəcək

Zakir Qaralov vətəndaşları qəbul edəcək Qəbul Hacıqabul rayon prokurorluğunun inzibati binasında keçiriləcək
Daxili siyasət
27 Oktyabr , 2015 10:52
Zakir Qaralov vətəndaşları qəbul edəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov noyabrın 13-də saat 11:00-da Hacıqabul rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Prokurorluqdan məlumat verilib. 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Hacıqabul şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi