Zakir Qaralov vətəndaşları qəbul edəcək

Zakir Qaralov vətəndaşları qəbul edəcək Qəbul rayon prokurorluğunun inzibati binasında olacaq
Daxili siyasət
4 Avqust , 2015 15:12
Zakir Qaralov vətəndaşları qəbul edəcək

Bakı. 4 avqust. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov avqustun 14-də saat 11:00-da Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Tovuz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437 28 79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi