Zakir Qaralov Sankt-Peterburqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Rusiya baş prokuroruna müraciət edib

Zakir Qaralov Sankt-Peterburqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Rusiya baş prokuroruna müraciət edib Müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilən qanunsuzluqlar qəti şəkildə pislənib
Daxili siyasət
5 Noyabr , 2015 16:02
Zakir Qaralov Sankt-Peterburqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Rusiya baş prokuroruna müraciət edib

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayətlə əlaqədar bu ölkənin baş prokuroru Yuriy Çaykaya müraciət edib. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.  

Məlumatda qeyd olunub ki, müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilən qanunsuzluqlar qəti şəkildə pislənib. Eyni zamanda, Azərbaycanın baş prokuroru Zakir Qaralov bu ilin iyulunda Sankt-Peterburq şəhərində polis əməkdaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol verməsi ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru Yuriy Çaykaya müraciət edib.

Müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, polis əməkdaşı tərəfindən yol verilən cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurması bildirilməklə, cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi