Zakir Qaralov Neftçalada vətəndaşları qəbul edəcək

Zakir Qaralov Neftçalada vətəndaşları qəbul edəcək Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Neftçala şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək
Daxili siyasət
7 Mart , 2016 12:31
Zakir Qaralov Neftçalada vətəndaşları qəbul edəcək

Bakı. 7 mart. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov martın 11-də saat 11:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Neftçala şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, onların rahatlığı üçün qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi