Zakir Qaralov Kürdəmirdə vətəndaşları qəbul edib

Zakir Qaralov Kürdəmirdə vətəndaşları qəbul edib O, Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib
Daxili siyasət
19 Fevral , 2016 16:10
Zakir Qaralov Kürdəmirdə vətəndaşları qəbul edib

Bakı. 19 fevral. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Kürdəmir Rayon Prokurorluğunun inzibati binasında Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. 

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 27 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Göstərilənlərlə yanaşı, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi