Zakir Qaralov Bərdədə vətəndaşları qəbul edib

Zakir Qaralov Bərdədə vətəndaşları qəbul edib Bakı. 24 noyabr. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Bərdə Rayon Prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Bərdə, Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Daxili siyasət
24 Noyabr , 2017 14:29
Zakir Qaralov Bərdədə vətəndaşları qəbul edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Bərdə Rayon Prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Bərdə, Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 17 vətəndaş qəbul edilib, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb.

Qəbul zamanı həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi