Zahid Oruc Milli Məclisdə Ombudsmanın məruzəsini sərt şəkildə tənqid edib

Zahid Oruc Milli Məclisdə Ombudsmanın məruzəsini sərt şəkildə tənqid edib “İlk dəfə idi ki, bu cür şablon, terminlərlə dolu olan, sovet üslubu tipində məruzə ilə qarşılaşırdım”
Daxili siyasət
7 Mart , 2017 13:46
Zahid Oruc Milli Məclisdə Ombudsmanın məruzəsini sərt şəkildə tənqid edib
Report.az

Bakı. 7 mart. REPORT.AZ/ “İlk dəfə idi ki, bu cür şablon, terminlərlə dolu olan, sovet üslubu tipində məruzə ilə qarşılaşırdım”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu, tərif sənədi olmamalıdır: “Biz Milli Məclisdən çıxanda müxtəlif narazı insanlarla qarşılaşırıq. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev çıxışlarının birində bildirdi ki, 900 Azərbaycan vətəndaşı terror təşkilatına qoşulub. Bunlar deyilməlidir. İllik Məruzədə bunlar əksini tapmalı idi. Bundan başqa, kredit borcu olan insanların problemi bu sənəddə əksini tapmayıb. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin etdikləri ilə bağlı nüanslara toxunmaq lazım idi. Bunların deyilməməsi millətin, dövlətin xeyrinə deyil”.

Z.Oruc qeyd edib ki, deputatlar sadə xalqın səsini ifadə etməlidirlər: “Biz tənqid edirik, vəzifədən çıxara bilməsək də, müəyyən qədər təsiri olur”.

Son xəbərlər

Orphus sistemi