Yüksək səviyyəli mütəxəssislərin Azərbaycana cəlb olunması qaydaları hazırlanır

Yüksək səviyyəli mütəxəssislərin Azərbaycana cəlb olunması qaydaları hazırlanır Bununla bağlı təkliflərə baxılır
Daxili siyasət
4 May , 2016 14:54
Yüksək səviyyəli mütəxəssislərin Azərbaycana cəlb olunması qaydaları hazırlanır

Bakı. 4 may. REPORT.AZ/ "Yüksək səviyyəli mütəxəssislərin Azərbaycana cəlb olunması qaydaları ilə bağlı çox ciddi işlər aparlır".

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Caspian Europen Club-un təşkilatçılığı ilə baş tutan biznes-forumda deyib.

F.Nəbiyev bildirib ki, bununla bağlı təkliflər hazırlanıb: “Azərbaycana dəvət olunan iş adamları yüksək səviyyəli mütəxəssislər olmalıdırlar. Bununla bağlı təkliflər hazırlanıb, bir neçə nazirlikdə müzakirə olunub və bu yaxınlarda qaydalar da öz təsdiqini tapacaq”.

Son xəbərlər

Orphus sistemi