“Yol hərəkəti haqqında” qanunda dəyişikliklər təsdiqlənib

“Yol hərəkəti haqqında” qanunda dəyişikliklər təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
24 İyun , 2015 19:41
“Yol hərəkəti haqqında” qanunda dəyişikliklər təsdiqlənib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməli, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməsi tapşırılıb.

“Yol hərəkəti haqqında” qanunda aşağıdakı dəyişikliklər edilib:

1. 27-ci maddə üzrə:

1.1. I hissənin ikinci cümləsindən və VI hissənin 4-cü bəndindən “və ya vergilərin” sözləri çıxarılsın;

1.2. IV-I hissənin 5-ci bəndindən “, verginin” sözü çıxarılsın.

2. 30-cu maddə üzrə:

2.1. VI-I hissənin 4-cü bəndindən “, verginin” sözü çıxarılsın;

2.2. VII hissənin 4-cü bəndindən “və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin” sözləri çıxarılsın.

Son xəbərlər

Orphus sistemi