Deputat: "Məqsədli şəkildə yazırlar ki, altı vitse-prezident olacaq"

Deputat: "Məqsədli şəkildə yazırlar ki, altı vitse-prezident olacaq" Oqtay Əsədov da deputatın fikrinə münasibət bildirib
Daxili siyasət
17 Mart , 2017 16:50
Deputat: Məqsədli şəkildə yazırlar ki, altı vitse-prezident olacaq

Bakı. 17 mart. REPORT.AZ/ “Yazırlar ki, Azərbaycanın 6 vitse-prezidenti olacaq. Biz onu bilə bilmərik. Adları hallandırırlar, məqsədli şəkildə edirlər”.
“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Yevda Abramov deyib.
O bildirib ki, bu cür informasiyaların əsası yoxdur: “Bu, Prezidentin səlahiyyətində olan məsələdir”.
Milli Məclisin sədri Oqtay Əsədov da deputatın fikrinə şərh verib: “Düzdür, vitse-prezidentlərlə bağlı proqnozlar verirlər. Son vaxtlar bizdə baxıcılıq dəb halını alıb”.

Son xəbərlər

Orphus sistemi