Yeni vəkillər and içiblər

Yeni vəkillər and içiblər Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.
Daxili siyasət
18 İyun , 2019 10:38
Yeni vəkillər and içiblər

Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

"Report"un xəbərinə görə, mərasimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, deputatlar, xarici ölkələlərin səfirliklərinin nümayəndələri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd edək ki, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 87 vəkilliyə namizəd Ədliyyə Akademiyasında bir ayadək davam edən icbari təlimdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi