Azərbaycanda yeni partiya yaradılır

Azərbaycanda yeni partiya yaradılır ​Tural Abbaslı: "Bu ilin yay aylarında qurultay keçirəcəyik"
Daxili siyasət
27 Yanvar , 2016 16:10
Azərbaycanda yeni partiya yaradılır

Tural Abbaslı: "Bu ilin yay aylarında qurultay keçirəcəyik"

Bakı. 27 yanvar. REPORT.AZ/ "Ağ Blok"u Ağ Partiyaya çevirəcəyik. Qurultayı beş-altı aya keçirməyi planlaşdırırıq. Həmin tədbirdə partiya yaratdığımızı elan edəcəyik".

Bunu "Report"a açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, "Ağ Blok"un sədri Tural Abbaslı deyib.

T.Abbaslı bildirib ki, qurultaydan sonra partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediləcək.

Onun sözlərinə görə, Ağ Partiya cəmiyyətin, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edəcək: "Biz cəmiyyətə yeni simalar təqdim edəcəyik, partiyalararası intriqalardan uzaq olmağa çalışacağıq. Partiyanın adından da göründüyü kimi, "Ağ" təmizlik rəmzidir".

T.Abbaslı partiya yaradacağı təqdirdə, Müsavat Partiyasından xaric ediləcəyini bildirib: "Qanunvericilikdə də göstərilib ki, bir şəxs iki siyasi partiyanın üzvü ola bilməz. Partiya yaradılanda mənim və ətrafımda olan müsavatçıların Müsavat Partiyasındakı fəaliyyətinə xitam veriləcək".

Son xəbərlər

Orphus sistemi