Rauf Arifoğlu ​AXCP fəallarını və "Azadlıq" qəzetini məhkəməyə verir

Rauf Arifoğlu ​AXCP fəallarını və "Azadlıq" qəzetini məhkəməyə verir Bu barədə "Yeni Müsavat" qəzetinin baş redaktoru özü məlumat verib
Daxili siyasət
2 Dekabr , 2014 17:59
Rauf Arifoğlu ​AXCP fəallarını və Azadlıq qəzetini məhkəməyə verir

Bakı. 2 dekabr. REPORT.AZ/ "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu "Azadlıq" qəzetini məhkəməyə verir.

Bu barədə "Report"a R.Arifoğlu özü məlumat verib. O bildirib ki, məhkəməyə müraciətlə bağlı qərarı dekabrın 3-də qətiləşdirəcək: "Mənə qarşı olan təhqirlərə görə iddia ərizəsi hazırlatmışam, qəzeti məhkəməyə verəcəm. Sonra isə məni sosial şəbəkələrdə təhqir edən AXCP fəalları ilə bağlı da məhkəməyə müraciət olunacaq. Vəkilimiz də Vaqif Hüseyndir". 

Son xəbərlər

Orphus sistemi