Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq

Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq Yanvarın 4-ü Yeni ilin ilk iş günüdür
Daxili siyasət
20 Noyabr , 2017 09:26
Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq.

“Report”un xəbərinə görə, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2018-ci ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı ilə əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.

Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-da, 31-də, yanvarın 1-də, 2-də və 3-də iş olmayacaq.

Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür. 

Son xəbərlər

Orphus sistemi